Birlikdə zirvəyə doğru addımlayaq!

Haqqımızda

Məqsədimiz böyük və uğurlu ailə olmaqdır!

CRECOM komandası Azərbaycanda olan bir neçə gənc proqramçı və Start-Up marağı olan şəxsləri bir yerə gətirir. Komandamızın məqsədi hazırladığı Start-Up və layihələr ilə topluma fayda verməkdi. Bu yaradacağımız layihələrin köməkliyi ilə komandamız insanlığı irəli apara bilər. Bundan başqa komandamızın digər bir hədəfi isə respublikamızın iqtisadiyyatına dəstək verməkdir. Beləki, bir ölkənin dövlət büdcəsi həmin ölkədəki Start-Up və ya bizneslərin köməyi ilə inkişaf edir. Niyə biz öz ölkəmizi dünyanın ən yaxşıları arasında görməyək? Bu günün ağır şərtləri altında bunları həyata keçirdəcəyimizə dair millətimizə söz veririk. Bunların gərçəkləşməməsi üçün heç bir səbəb yoxdur, sadəcə inanmaq və disiplinli bir şəkildə çalışmaq lazımdır.

Biz nə edirik?

Biz texnologiya sahəsində müxtəlif funksiyalı məhsullar hazırlayır və bu məhsullar vasitəsilə dünyanı dəyişirik.

Mobil tətbiq

Biz həm android, həm də İOS əməliyyat sistemləri üçün mobil tətbiqlər hazırlayırıq.

Veb-səhifələr

Biz HTML, CSS və Javascript, MySQL, Firebase istifadə edərək müxtəlif veb-səhifələr hazırlayırıq.

Robot və Hardware

Kənd təsərüffatı və s. kimi mövzularda müxtəlif layifələr və ya robotlar hazırlayırıq.

Kompüter sistemləri

Kompüterlər üçün müxtəlif sistemlər hazlırlayaraq insanların həyatını daha da asanlaşdırırıq.

Bizim komandamız

...

Hüseyn Əliyev

Təsisçi və Proqramist

Hüseyn Əliyev özünü App development və Web Development sahələrində inkişaf etdirmişdir. Öz Start-Up təcrübələri ilə komandaya dəstək verir.

huseyn.aliyev.aze@gmail.com

Əlaqə
...

Orxan Cəfərov

İdarəçi və Dizayner

Orxan Cəfərov hal-hazırda Azərbaycan Dövlət Aqrar Üniversitetində təhsil alır və bizim komandamızda olan aparıcı üzvlərdən biridir.

oceferov536@gmail.com

Əlaqə
...

Yusif Məmmədov

Dizayner

Yusif Məmmədov hal-hazırda Azərbaycanda Qrafik Dizayn təhsili alır və bu bacarıqları bizim komandamızın layihələrində istifadə edir

ymammedov8@gmail.com

Əlaqə
...

Vaqif Qasımov

Dizayner

Vaqif Qasımov müxtəlif dizayn proqramlarını bilərək, bizim komandamıza dizayn sahəsində töhvə verir.

VaqifQasimov020@gmail.com

Əlaqə
...

Nigar Paşazadə

Marketoloq & SMM

Nigar Paşazədə bundan əvvəl bir neçə şirkətdə marketinq sahəsində işləmişdir. İndi isə bizim komandamıza bu sahədə töhvə verir.

Pashazadeh2018@gmail.com

Əlaqə

Əlaqə

Komandamız haqqında suallarınız və ya təklifləriniz varsa, buyurun:

Bizə yaz

crecomtechnologies13@gmail.com

Bizə zəng vur

+994555173682

+994557567473

SevenEight

SevenEight ilə proqramlaşdırma daha asandır!

SevenEight proqramlaşdırmanı asanlaşdırır!

SevenEight CRECOM komandası tərəfindən yaradılmış yeni proqramlaşdırma dilidir. Bu proqramlaşdırma dili digərlərindən fəqlənir, çünkü sizin burada hər hansısa bir biliyinizin olması tələb olunmur. Proqram yazmaq üçün siz sadəcə əmrləri bilməlisiniz. SevenEight proqramlaşdırma dilində yazılan kod digər C++ və ya C# proqramlaşdırma dillərində yazılan kodlardan daha qısa olur. Hal-hazırda biz istifadəçilərə demo versiyanı təqdim edə bilirik. Məqsədimiz bu proqramlaşdırma dilini hal-hazırda paylaşaraq istifadəçilərə xəbərdar etməkdir. Proqramda xətalar ola bilər, buna görə üzr istəyirik! Proqram sadəcə kompyüterlərə yüklənir!

Yeni nə var?

...
Yeni komanda

Azərbaycanlıların bir çoxundan fərqli olaraq biz anlayırıq ki, bir biznesi komanda olmadan gərçəkləşdirmək olduqca çətindir. Buna görə biz 10 nəfərdən ibarət komanda yaratdıq və hamımızın məqsədi isə dünyanı dəyişdirməkdir.

...
Dərslər

Bizim məqsədimiz sadəcə özümüzü inkişaf etdirmək deyil. Həm də bütün Azərbaycanı inkişaf etdirmək bizim əsas məqsədimizdir. Buna görə biz bütün ölkəyə online proqramlaşdırma təhsili vermək qərarına gəlmişik və bu gələcəkdə mövcud olacaq.

...
AgroDünya

Azərbaycanda fermerlərin bir çoxunun kənd təsərrüfatı haqqında çox geniş məlumatı yoxdur. Bu problemi həll etmək üçün biz komanda olaraq fermerlərin təhsili üçün mobil tətbiq və vebsayt hazırlayacayıq. Yaxın zamanda bu layihə onlayn olacaq.

...
GameGagner

Hal-hazırda, istifadəçinin riyaziyyat, fizika və coğrafiya haqqında biliklərini artıran bir tətbiqetmə təqdim etdik. Tətbiq bu mövzularla bağlı bəzi suallar verir və istifadəçi düzgün cavab verərsə, bir səviyyəni qazanır. Səviyyə həddə çatanda mükafatı onlara verəcəyik.

Necə qoşulum?

Komandaya qatılmaq üçün QATIL düyməsinə, komanda haqqında məlumat almaq və ya öz suallarınıza cavab tapmaq üçün ÖYRƏN düyməsinə basın.

Dərslərə qoşul